Dekabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
27 dekabr 2012 10:44
Dekabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın dekabrın 17-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 71 saylı Masallı kənd və 88 saylı Göyçay seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.