Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə yola düşmüşdür
Qeyd edək ki, 1992-ci ildən etibarən ABŞ-da prezident seçkiləri ərəfəsində mütəmadi olaraq təşkil edilən bu tədbirə müxtəlif ölkələrin seçki qurumlarının rəhbərləri dəvət olunur. Həmin proqram çərçivəsində prezident seçkilərinin müşahidəsi və xarici qurumlarla təcrübə mübadiləsi həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri də bir neçə ildir ki, bu tədbirdə iştirak edir.
Səfər çərçivəsində bir sıra digər rəsmi görüşlərin də keçirilməsi nəzərdə tutulub.
Səfərdə Mərkəzi Seçki Komissiyasının sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.