Oktyabrın 25 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Oktyabrın 25 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 14 oktyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova seçki bülletenlərinin Azərbaycan Respublikasında bəzi bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bületenlərinin mətninin, sayının hazırlanmasına aid tələblərin təsdiqinə dair məsələ barədə məlumat vermişdir. MSK bülletenlərin formasını təsdiq edərək qərara almışdır ki, 2011-ci il oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1. 191. 541 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
İclasda 1 saylı Şərur – Sədərək, 19 saylı Nərimanov birinci və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklilər edilmişdir. MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.