Sentyabrın 5 – də Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür
05 sentyabr 2012 10:35
Sentyabrın 5 – də Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.
MSK-nın sədri strateji müttəfiqlər olan Azərbaycanla Ukrayna arasında çoxsahəli əməkdaşlığın ildən-ilə inkişaf etdiyini vurğulayaraq bildirmişdir ki, artıq 10 ildən artıqdır ki, iki ölkənin mərkəzi seçki komissiyaları arasında əməkdaşlıq barədə Memorandum imzalanmışdır və komissiyalar bu sənədə uyğun olaraq təcrübə mübadiləsi aparır.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Azərbaycanın Ukrayna üçün sadəcə strateji tərəfdaş deyil, həm də yaxın dost olduğunu qeyd etmiş və ölkəmizin sürətlə inkişafından məmnun olduğunu söyləmişdir. Səfir Ukrayna tərəfinin 28 oktyabrda Ukrayna Ali Radasına keçiriləcək seçkilərin müşahidəsi ilə bağlı Ukrayna tərəfinin dəvətini Mərkəzi Seçki Komissiyasının sədrinə çatdırmışdır.
Dəvətə görə təşəkkürünü bildirən M.Pənahov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müşahidəçilərinin Ukraynada keçirilmiş əvvəlki seçkiləri də müxtəlif missiyalara qatılaraq müşahidə etdiyini nəzərə çatdırmış, Ali Radaya keçiriləcək seçkiləri də həm beynəlxalq qurumların müşahidə missiyalarının tərkibində, həm də müstəqil nümayəndə heyəti olaraq izləyəcəklərini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılmışdır