Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-dan oktyabrın 2-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olacaqdır
28 sentyabr 2012 10:33
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-dan oktyabrın 2-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olacaqdır. Səfərdə məqsəd oktyabrın 1-də Gürcüstan parlamentinə keçiriləcək seçkiləri izləməkdir. Səfər Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədrinin dəvəti ilə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Gürcüstan MSK-nın sədri və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.