Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir. Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar sentyabrın 12-dən 14-dək regionlarda keçiriləcək. Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, məsul işçiləri, DSK sədrləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaqlar.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdi.