Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 12-13-də Avstriyada səfərdə olacaq
11 iyul 2012 10:29
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 12-13-də Avstriyada səfərdə olacaq. Səfərdə məqsəd Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) " Demokratik seçkilər və seçkilərin müşahidəsi ” mövzusunda iyulun 12-13-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in Əlavə İnsan ölçüsü görüşü ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir. Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət edəcək.
Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulur.