Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Zurab Karataşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
13 iyun 2012 10:27
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Zurab Karataşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
M.Pənahov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bir çox beynəlxalq təşkilatlarla, həmçinin xarici ölkələrin seçki qurumları ilə yüksək səviyyədə əməkdaşlıq edir və qonşu Gürcüstanın da bu sırada olmasından çox məmnundur. İki ölkə arasında mehriban qonşuluq münasibətlərinin ali seçki qurumlarına da sirayət etməsi çox sevindirici haldır.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Zurab Karataşvili Azərbaycan ilə Gürcüstanın ali seçki qurumları arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini bildirmişdir. O, Azərbaycan MSK-nın sədrini bu ilin oktyabr ayında Gürcüstan parlamentinə keçiriləcək seçkilərə müşahidəçi kimi dəvət etmişdir.
Görüşdə Mərkəzi Seçki komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilmiş, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır.
Daha sonra M. Pənahov qonaqları Mərkəzi Seçki Komissiyasının inzibati binasında yaradılmış iş şəraiti, MSK-nın informasiya və veb-kameralara texniki baxış mərkəzləri ilə tanış etmişdir.