İyunun 16-da ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
İyunun 16-da ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edən səfir səmimi və faydalı əməkdaşlığa görə MSK sədrinə təşəkkür etmiş və ATƏT-lə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası arasında sıx əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirmişdir. O, bu əlaqələrin Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.
M. Pənahov Komissiya ilə ATƏT-in arasında yaranmış səmimi və uğurlu əməkdaşlığı xatırladaraq bundan sonra da əlaqələrin yüksək səviyyədə davam etdirləcəyindən əmin olduğunu qeyd etmişdir. O, səfirə fəaliyyəti dövründəki konstruktiv əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.