Fevralın 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
14 fevral 2012 10:19
Fevralın 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Mərkəzi Seçki Komissiyasının sədri qeyd etmişdir ki, Komissiya nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq edir. Bu günə kimi Mərkəzi Seçki Komissiyasının Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələrə imza atdığını diqqətə çatdıran sədr bu tədbirlərin seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynadığını qeyd etmişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını qeyd etmişdir. O, bildirmişdir ki, ATƏT-in Bakı ofisi Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.