Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirildi
Sonra Komissiyanın 19 dekabr və 23 dekabr 2011-cu il tarixli iclas protokolları təsdiq edildi. Gündəlikdə duran növbəti məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının katibliyinin və MSK Katibliyinin əsasnamələri təsdiq edildi.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə də baxıldı və 29 saylı Səbail, 49 saylı Yevlax- Mingəçevir, 85 saylı Şamaxı, 86 saylı İsmayıllı, 105 saylı Tovuz, 121 saylı Laçın, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.