Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
05 oktyabr 2003 10:02
Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi qeydə alınmış cənab Əliyev ilham Heydər oğlunun səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məlumat vermişdir. MSK məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.
Sonra MSK sədri Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab Əliyev İlham Heydər oğlu tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Hüseyn Məmməd oğlu Paşayevin və Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab Əliyev İlham Heydər oğlu tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün müşahidəçi təyin edilmiş Şaitdin Sərdar oğlu Əliyevin təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya hər iki məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov cəzaçəkmə müəssisələrində səsvermənin təşkili haqqında məlumat vermişdir. Komissiya sədrinin müavini Sveilana Qasımova isə bu məsələ ilə bağlı arayış tədqim etmişdir. MSK Svetlana Qasımovanın məlumatının nəzərə alınması barədə qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi qeydə alınmış xanım Lalə Şövkət Hacıyeva tərəfindən vəkil təyin edilmiş Dilbazi Bəhruz Museyib oğlunun geri çağırılması və vəsiqəsinin ləğv edilməsi, onun tərəfindən vəkil təyin edilmiş Budaqova Zemfira Müseyib oğlunun qeydə alınması haqqında qərar qəbul etmişdir.
MSK-nın katibi İnqilab Nəsirov və Komissiyanın üzvü Azər Tağıyev daxil olmuş müraciətlər barədə məlumat vermişlər. Müraciətlərdən ikisinin araşdırılmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasın sonunda cari məsələlər müzakirə edilmişdir.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ATƏT-in İnsan hüquqları və Demokratik Təsistalar Bürosunun, Milli Demokratiya İnstitutunun təmsilçiəlri, yelri və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.