Avqustun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
28 avqust 2003 18:20
Avqustun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasın gündəliyi təsdiq olunduqdan sonra MSK sədri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 , 16 və 19 iyul iclas protokollarının təsdiq edilməsi haqqında çıxış etmişdir. Komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla sözügedən protokollar təsdiq edilmişdir.
Sonra komissiya sədrinin müavini Svetlana Qasımova Azərbaycan Respublikası Pezidentinin seçkilərinə hazırlıqla əlaqədar dairə seçki komissiyaları üzvləri üçün keçiriləcək növbəti seminar-treyninqin gündəliyi barədə məlumat vermişdir. Komissiya üzvləri gündəliyin təsdiqlənməsi haqqında qərar çıxarmışlar.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov prezidentliyə namizədliyi qeydə alınmış Qüdrət Müzəffər oğlu Həsənquliyev tərəfindən vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması təklifi ilə çıxış etmişdir. Təklif komissiya tərəfindən bəyənilmişdir.
Sonra MSK katibi Vidadi Mahmudov prezidentliyə namizədliyi qeydə alınmış Lalə-Şövkət Hacıyeva tərəfindən vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması və Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Rasim Mirzəhüseyn oğlu Niftəliyevin təsdiq olunması haqqında məlumat vermişdir. Bu məsələ də komissiya üzvləri tərəfindən müsbət həll olunmuşdur.
Daha sonra Komissiya bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələlərə baxmışdır. Komissiya 45 saylı Abşeron, 82 saylı Ağcabədi, 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında qərar çıxarmışdır.
Seçki komissiyası üzvlərinin dövlət və bələdiyyə qulluğunda olmalarının yolverilməzliyi barədə Seçki Məcəlləsinin 22.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi vəziyyəti barədə müzakirələr aparılmış və məsələnin araşdırıldıqdan sonra yenidən müzakirəyə çıxarılması qərara alınmışdır.
Sonra gündəlikdəki digər məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir
.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Milli Demokratiya İnstitutunun, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Yaponiya səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Milli Demokratiya İnstitutunun, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Yaponiya səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.