2003-cü il avqustun 18-dən 22-nə kimi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinə hazırlıqla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.7 maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının üzvləri üçün zona seminarları keçirir
18 avqust 2003 18:11
2003-cü il avqustun 18-dən 22-nə kimi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinə hazırlıqla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.7 maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının üzvləri üçün zona seminarları keçirir. Seçki komissiyaları üzvlərinin hüquqi biliklərinin artırılması və təlimatlanıdırılması məqsədilə təşkil olunan treninqlər respublikanın doqquz zonasını və hər zonada (Naxçıvan Muxtar Respublikasının seçki dairələrindən başqa) 14 seçki dairəsinin dairə seçki komissiyalarını əhatə edir. Naxçıvan şəhərində avqustun 22-də 1-7 saylı seçki dairəsinin dairə seçki komissiyalarının üzvləri üçün seminarların keçirilməsi nəzərdə tutulur. Seminarlarda seçici siyahılarının tərtib edilməsi, seçicilərin seçici siyahılarına daxil olmalarını təsdiq edən qeydiyyatdançıxma vəsiqəsi barədə, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı təşviqat fəaliyyəti üçün seçki dairəsinin ərazisində bərabər şəraitin yaradılması, məntəqə seçki komissiyalarının formalaşdırılması və onların əlaqələndirilməsi və sair mövzularda məruzələr dinlənilir. Məruzələrlə Mərkəzi Seçki Komissiyasının üzvləri və MSK Aparatının məsul işçiləri çıxış edirlər.
Avqustun 18-də Sumqayıt, Əli Bayramlı, Göyçay şəhərlərində, avqustun 19-da isə Quba, Şəki və Lənkəranda seminarlar olmuşdur. Avqustun 20-də Gəncədə, avqustun 21-də Bakı şəhərində seminarlar keçirilməsi nəzərdə tutulur.
Avqustun 19-da Şəki şəhərində keçirilən seminarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda pezident seçkiləri ilə əlaqədar missiyası rəhbərinin müavini cənab Con Hartland da iştirak etmişdir.