Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur

15 avqust 2003 18:08
Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.

Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Rüstəmxanlı Sabir Xudu oğlunun,cənab Musayev Elşad Nəbi oblunun, Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov isə prezidentliyə namizədlikləri təsdiq edilmiş cənab Hacıyev Hafiz Ələmdar oğlunun, cənab Kərimli Əli Əmirhüseyn oğlunun, cənab Sadıxov Çingiz Dəmir oğlunun, cənab Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə namizədliklərinin qeydə alınması haqqında məlumat vermişlər.

Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Rüstəmxanlı Sabir Xudu oğlu və cənab Hacıyev Hafiz Ələmdar oğlu könüllü qeydiyyat depozitinin geri qaytarılmaması şərtilə namizədliklərinin qeydə alınması barədə rəsmi müraciət etdiklərinə görə Mərkəzi Seçki Komissiyası onların prezidentliyə namizədliklərini qeydə almaq haqqında qərar qəbul etmişdir.
Komissiya Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilmiş cənab Kərimli Əli Əmirhüseyn oğlunun sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirildiyinə görə onun prezidentliyə namizədliyini qeydə almaq barədə qərar qəbul etmişdir.

Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Musayev Elşad Nəbi oğlunun, cənab Sadıxov Çingiz Dəmir oğlunun, cənab Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə namizədlikləri onların müdafiəsi üçün təqdim olunmuş etibarlı seçici imzalarının lazımi sayda olmaması səbəbindən qeydə alınmamışdır.

Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizəd Həsənquliyev Qüdrət Müzəffər oğlu tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəbəyli Elçin Əbdülrəhim oğlunun, habelə Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün müşahidəçi təyin edilmiş Məmmədov Elbrus Qibləli oğlunun təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya buməsələlərin müsbət həlli barədə qərar çıxarmışdır.

İclasın sonunda 8 saylı Binəqədi və 92 saylı Zərdab –Ucar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul olunmuşdur.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Büürosunun,Milli Demokratiya İnstitutunun, Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəliyinin, ABŞ və Türkiyə səfirliklərinin təmsilçiləri, xarici vaə yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.