Avqustun 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
03 avqust 2003 17:51
Avqustun 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Məzahir Pənahov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 iyul 2003-cü il və 9 iyul 2003-cü il tarixli iclas protokollarının təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya üzvləri həmin iclas protokollarının təsdiq edilməsini qərara almışlar.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilmiş cənab Qəmbər İsa Yunus oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında məlumatla çıxış etmişdir. Komissiya cənab Qəmbər İsa Yunus oğlunun prezidentliyə namizədliyini qeydə almaq barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Səmədov Abutalıb Qənbər oğlunun və Həsənquliyev Qüdrət Müzəffər oğlunun prezidentliyə namizədliklərinin qeydə alınması barədə məlumatla çıxış etmişdir. Komissiya cənab Səmədov Abutalıb Qənbər oğlunun və cənab Həsənquliyev Qüdrət Müzəffər oğlunun prezidentliyə namizədliklərini qeydə almışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova və komissiyanın katibi Vidadi Mahmudovun bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məlumatları dinlənildikdən sonra müvafiq qərar qəbul olunmuşdur.
İclasda komissiyanın katibi Vidadi Mahmudovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması haqqında məlumatı dinlənilmiş və müzakirə edildikdən sonra müraciətlərin araşdırılaraq müvafiq tədbir görülməsindən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezitentinin seçkiləri ilə əlaqədar bəzi sənəd nümunələrini əsas kimi təsdiq etməyi də qərarlaşdırmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Bakı ofisinin, ABŞ və Türkiyə səfirliklərinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.