Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı maarifləndimə tədbirlərini davam etdirir.
07 iyul 2010 17:48
MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi ilə əlaqədar növbəti tədbiri iyulun 7-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirəcək.
Dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün nəzərdə tutlan treninqlər şikayət və müraciətlərə baxılması məsələlərinə həsr olunub.
Seminar-treninq iyulun 7-də saat 10.00-da Hyatt Regency otelinin "Quba” konfrans zalında olacaq. Tədbir iki gün davam edəcək.
Treninqlər Mərkəzi Seçki Komisiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçiriləcək.