Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclis seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədilə normativ xarakterli aktların – təlimatların, izah və qaydalarıın təsdiq olunması barədə qərar qəbul etmiş və həmin sənədlər 10 topluda cəmləşdirilmişdir.

22 iyul 2010 17:18

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclis seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın 

gücləndirilməsi məqsədilə normativ xarakterli aktların – təlimatların, izah və qaydalarıın təsdiq olunması barədə qərar qəbul etmiş və həmin sənədlər 10 topluda cəmləşdirilmişdir.

 Artıq sözügedən toplulardan 1-i işıq üzü görmüş və Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyalarına çatdırılır.

 Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaqdır. 

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı 23 adda müxtəlif sənəd nümunələrini təsdiqləyərək çap etdirmişdir. 

Komissiya həmin sənəd nümunələrinin də aşağı seçki komissiyalarına çatdırılmasını təmin edir. Qeyd edək ki, MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsilə icitmailəşdirilmişdir.