Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçiriləcəkdir.
Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçiriləcəkdir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb.
Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubəyytini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edir. 15 773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 600 minə yaxın seçicinin adı var.
Seçkiləri 50 minə yaxın müşahidəçi izləyəcək və onlardan 54-ü beynəlxalq müşahidəçidir ki, 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edirlər. KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün akkreditasiya tələb olunmur.
Səsvermə 23 dekabrda saat 8.00-da başlayacaq, 19.00-da başa çatacaqdır. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcəkdir.
Xatırladaq ki, 23 dekabr bələdiyyə seçkiləri Azərbaycan Respublikasında keçirilən ölkə miqyaslı üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə seçkisi 1999-cu ildə , ikincisi isə 2004-cü ildə keçirilib.