Dekabrın 8 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
Əvvəlcə 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə seçkilərin yekunlarının müəyyən olunmasına dair məsələyə baxılmışdır.
MSK qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları protokollarının tərtib edilməsi "Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair Cədvəl”ə uyğun olaraq müəyyən olunsun.
Sonra bələdiyyə seçkilərində "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” və "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin "exit poll” keçirmək üçün qeydə alınmaları barədə müraciətinə baxılmışdır.
Komissiya həmin qurumların qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT- in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.