İyunun 22-də Nikolas Kaçarovskinin rəhbərlik etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
22 iyun 2010 17:13
İyunun 22-də Nikolas Kaçarovskinin rəhbərlik etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
MSK-nın sədri Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla, xüsusən də ATƏT-lə əlaqələrə önəm vediyini bildirərək qarşıdan gələn seçkilərdə də sıx əməkdaşlıq edəcəklərini nəzərə çatdırmışdır.
Missiyanın üzvləri seçki komissiyalarının təşkili və iş prinsipləri, MSKnın seçkiyə hazırlıq çərçivəsində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri ilə maraqlanmışlar.
Mərkəzi Seçki Komissiyasının sədri seçki orqanlarının fəaliyyəti, qarşıdan gələn seçkilərlə bağlı Komissiyanın gördüyü işlər və həyata keçirəcəyi layihələr barədə ətraflə məlumat vermişdir.
O, seçici siyahılarının yanvar ayının əvvəllərindən başlamış dəqiqləşdirilməsinin mayın sonunda başa çatdırıldığını vurğulayaraq bu prosesin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Sədr qeyd etmişdir ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının fəlaiyyətinin monitorinqini aparmış və seçki prosesinin ayrı-ayrı mərhələləri ilə bağlı normativ aktlar hazırlamışdır.
İyul ayından etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda digər subyetktlər üçün maairfləndirmə layihələrinin həyata keçirilməsinə başlanacaqdır.
Bu tədbirlərin hazırlanıb keçirilməsində beynəlxalq qurumlarla sıx əməkdaşlıq edildiyi də qeyd olunmuşdur.
Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında gələcək əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılmışdır.