Oktyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
29 oktyabr 2005 17:08
Oktyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Vidadi Mahmudov "6 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilən seçkilərdə seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Həmin sənəd Komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq edilmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur.
MSK-ya daxil olmuş müraciətlər müzakirə edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.