Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırmışdır.

05 aprel 2010 17:04

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırmışdır. 

MSK aprelin 5-dən etibarən dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlamışdı.

 Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılmış,  həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın  aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparmışlar. 

Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə etmişdir. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə Mərkəzi Seçki Komissiyasının iclasında qiymət veriləcək.