2025-ci il mayın 30-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il mayın 30-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Əvvəlcə Komissiyanın 26 may 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsinin ardınca 58 saylı Xaçmaz kənd və 62 saylı Kürdəmir seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması qərara alınıb.
Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi