2025-ci il martın 18-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il martın 18-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Əvvəlcə Komissiyanın 12 fevral və 14 fevral 2025-ci il tarixli iclaslarının protokolları təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci və 79 saylı Astara seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə qərar verilib.
Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi