2025-ci il fevralın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın 8 fevral 2025-ci il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün hərtərəfli, obyektiv, şəffaf şəkildə araşdırılan və qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Media mənsublarının da iştirak etdiyi iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi