2025-ci il yanvarın 30-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

30 yanvar 2025 20:45

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 30-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasda 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada və operativ şəkildə iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.

Media subyektləri nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi