Martın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
15 mart 2010 16:59
Martın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın ötən iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra MSK 8 saylı Binəqədi birinci, 22 saylı Nəsimi ikinci, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36 saylı Xətai dördüncü, 59 saylı Salyan, 70 saylı Masallı şəhər, 72 saylı Yardımlı – Masallı, 80 saylı İmişli – Beyləqan və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. İclasda ATƏT-in Bakı ofisinin, Milli Demokratiya İnstitutunun (ABŞ), təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.