2024-cü il noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

06 noyabr 2024 17:40

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Öncə Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada noyabrın sonunadək elan olunması nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verilib.

Sonra Komissiyanın 3 oktyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsinin ardınca 5 saylı Babək – Naxçıvan – Culfa, 21 saylı Nəsimi – Binəqədi, 41 saylı Gəncə – Samux – Goranboy, 78 saylı Lənkəran kənd, 83 saylı Beyləqan və 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilib.

Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi