2024-cü il sentyabrın 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

12 sentyabr 2024 18:40

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasda 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də qatıldığı iclasda öncə müraciətlərlə bağlı ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə aparılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib. Ardınca Komissiya üzvlərinin geniş müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi