Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır
22 sentyabr 2005 16:55
Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır. Dairə seçki komissiyalarının sədrlərinə həmun kursları bitirmələri ilə bağlı sertifikatlar təqdim etmişdir.
Sertifikatların təqdimat mərasimində çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, sentyabr ayının 7-dən 11-dək davam etmiş kurslar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında keçirilmişdir. Kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin daimi komitə sədri Arif Rəhimzadə, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Ədliyyə Nazirliyi və Respublika Baş Prokurorluğunun məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri mühazirələr oxumuşlar. MSK-nın sədri mühazirəçilərə və kursların təşkilində yaxından iştirak etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yaynında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilova və bu tədbirin həyata keçirilməsində əməyi olmuş digər şəxslərə təşəkkür etmişdir. M. Pənahov həmçinin kursların dairə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində və seçki hüququ ilə bağlı bilıiklərinin daha da artırılmasındakı əhəmiyyətini vurğulamış və dairə seçki komissiyalarının sədrlərini bu kursları başa vurmaları münasibətilə təbrik etmişdir.
O, qeyd etmişdir ki, sentyabrın 23-25-də isə seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir. Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları , məhkəmə sədrləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər. Mərkəzi Seçki Komissiyasının sədri respublikada seçki praktikasının təkmilləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edəb belə genişmiqyaslı tədbirin reallaşması üçün köməklik göstərdiklərinə görə Prezident Administrasiyasının rəhbərinə, respublikanın baş prokuroruna və daxili işlər nazirinə minəttdarlığını bildirmişdir.
MSK sədrindən sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov da sözügedən tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və DSK sədrlərini kursları bitirmələri münasibətilə təbrik etmişdir.
Mərasimin sonunda Məzahir Pənahov və Seyfəddin Qəndilov dairə seçki komissiyalarının sədlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim etmişlər.
Tədbirdə ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.