Sentyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
22 sentyabr 2005 16:54
Sentyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 12 avqust, 15 avqust, 23 avqust, 27 avqust və 2 sentyabr 2005-ci il tarixli protokolları təsdiq edilmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibləri Vidadi Mahmudov və Natiq Məmmədov bəzi seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmə aparılmasna dair məsələ barədə məlumat vermişlər. MSK 20 saylı Nərimanov ikinci, 31 Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 36 saylı Xətai dördüncü və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmə aparılması haqqında qərar qəbul etmişdir.
İclasda Komissiyaya daxil olmuş müraciətlər də müzakirə olunmuşdur. Müraciətlərdən 16-sı ilkin arşdırma aparılması və Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir. Müzakirəyə çıxarılan müraciətlərdən 1-i Respublikanın Baş Prokururluğuna, 1-i Daxili İşlər Naziriliyinə, 1-i isə Gəncə şəhər Polis İdarəsinə göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.