Mərkəzi Seçki Komissiyası sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında onunla birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar
Mərkəzi Seçki Komissiyası sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında onunla birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirəcək.
Kursların keçirilməsində məqsəd cənab Prezidentin sözügedən Sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında qaldırılmış vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır. Kurslar başlamazdan öncə Mərkəzi Seçki Komissiyasının üzvləri və DSK sədrləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Sonra isə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılışı olacaq.
Kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev və Şahin Əliyev, Azərbaycan Respublikasının Prezidenti yaynında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov və digər rəsmi şəxslər iştirak edəcəklər.
Sentyabrın 7-dən 12-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin daimi komitə sədri Arif Rəhimzadə, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Ədliyyə Nazirliyi və Respublika Baş Prokurorluğunun məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri, Şəhər bələdiyyələri Milli Assosiasiyasının sədri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Sentyabrın 23-dən 25-dək isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözügedən Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmiş və bu kurslarda aşağı seçki komissiyalarının 31 min üzvü iştirak etmişdi.