2024-cü il iyulun 27-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyulun 27-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 24 iyul 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 6516567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteninin Komissiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib.
İclasda, həmçinin qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq çərçivəsində intensiv şəkildə davam etdirilən ümumrespublika miqyaslı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, o cümlədən müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb.
Media subyektləri tərəfindən geniş işıqlandırılan iclasın sonunda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi