2024-cü il martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

07 mart 2024 17:50

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 1 fevral, 5 fevral və 11 fevral 2024-cü il tarixli iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 65 saylı Salyan-Biləsuvar-Neftçala, 77 saylı Lənkəran şəhər və 81 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi