Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə səsvermə üçün hazır vəziyyətdədir

06 fevral 2024 15:09

Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə səsvermə üçün hazır vəziyyətdədir. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb.

Bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

O qeyd edib ki, bu məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb.

AZƏRTAC