MSK-nın sədri: Məntəqələrə gəlmək imkanı olmayanlara daşınan qutu çatdırılacaq

06 fevral 2024 14:50

Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır.

Bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır. Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və təhlükəsizlik məsələləri təmin olunmalıdır.

AZƏRTAC