Məzahir Pənahov: Seçkilərdə şəffaflığın təmin edilməsi ilə bağlı heç bir problem yoxdur

06 fevral 2024 14:24

Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur.

Bu sözləri fevralın 6-da keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçinin qeydə alındığını xatırladan M.Pənahov onlar arasında yer alan beynəlxalq müşahidəçilərin ciddi qurumları təmsil etdiklərini vurğulayıb.

AZƏRTAC