MSK sədri prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb

07 fevral 2024 23:47

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.

Mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: “Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslərin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir.

Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:

Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs (2.2 faiz);

Mustafa Fazil Qəzənfər oğlu-53 min 986 səs( 1.99);

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs (1.78 faiz);

Nurullayev Razi Qulaməli oğlu 21 min 406 səs(0.79 faiz);

Musayev Elşad Nəbi oğlu 17 min 855 səs (0.66 faiz);

Əliyev Fuad Ağasi 12 min 981 səs( 0.48 faiz).


AZƏRTAC