Saat 12:00-dək respublika üzrə 38.57 faiz seçici fəallığı qeydə alınıb

07 fevral 2024 12:30

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12: 00-a olan məlumata görə, seçicilərin 38.57 faizinin (2 milyon 499 min 33 nəfər) səs verdiyini bildirib.

AZƏRTAC