Saat 10:00-dək respublika üzrə 19.44 faiz seçici fəallığı qeydə alınıb

07 fevral 2024 10:41

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair ilk rəsmi məlumat açıqlanıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10.00-a olan məlumata görə, seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyini bildirib.

AZƏRTAC