Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
24 fevral 2009 16:45
Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya əvvəlcə "Qarabağ və Respublika Uğrunda Hərəkat” və "Respublikaçılar” referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvlərini, səlahiyyətli nümayəndələrini və vəkil edilmiş şəxslərini təsdiqləmişdir.
Sonra 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılmışdır. Mərkəzi Seçki Komissiyassının üzvü Ramiz İbrahimov "Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının "Xalq qəzeti”nin 20 fevral 2009-cu il tarixli buraxlılışında referendumqabağı təşviqat qaydalarının pozulduğu barədə müraciətini və bununla əlaqədar onun Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tədbirlər görülməsini və qanun pozuntusunun aradan qaldırılmasını xahiş etdiyini diqqətə çatdırmışdır. Müraciət MSK nəzdində ekspert qrupu tərəfindən araşdırılaraq rəy verilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən təşviqat qrupu tərəfindən dövri nəşrlər vasitəsilə referendumqabağı təşviqatın pulsuz əsaslarla aparılması üçün püşkatma nəticəsində "Xalq qəzeti”ndə bu məqsədlə ayrılmış yerdə dərc edilməsi üçün qəzetin redaksiyasına təqdim edilmiş materialın başlığı olduğu kimi getməmişdir.
Araşdırma ilə sözügedən təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müraciətində göstərilən fakt öz təsdiqini tapmışdır. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, qəzetin redaksiyası yol verdiyi qüsuru qanunla müəyyən edilmiş qaydada aradan qaldırsın.
MSK 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyalsının tərkibində dəyişklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Milii Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.