Fevralın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
16 fevral 2009 16:42
Fevralın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 5 fevral və 6 fevral 2009-cu il tarixli iclas protokolları təsdiq olunmuşdur.
MSK 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 83 saylı Ağcabədi – Ağdam, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Əvvəlcə Komissiyanın 5 fevral və 6 fevral 2009-cu il tarixli iclas protokolları təsdiq olunmuşdur.
Sonra MSK katibi Natiq Məmmədov 2009-cu il martın 18-nə təyin olunmuş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədilə Püşkatma komissiyasının yaradılmasına dair məsələ barədə məlumat vermişdir.
Komissiya püşkatma komissiyasının yaradılması barədə qərar çıxarmışdır. Eyni zamanda qərara alınmışdır ki, püşkatma 18 fevral 2009-cu ildə saat 12.00-da keçirilsin.