Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda növbədənkənar parlament və yerli nümayəndəlik orqanlarına seçkiləri müşahidə edəcək

17 mart 2023 14:55

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il martın 19-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament və yerli nümayəndəlik orqanlarına seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri
Nurlan Abdirovun dəvətiəsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarıdigər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki,
Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyalarının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.


Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və
kommunikasiya şöbəsi