Məzahir Pənahovun rəhbərliyi ilə Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il noyabrın 20-də Qazaxıstan Respublikasında keçiriləcək
növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfər edib.
Azərbaycan Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin qarşıdan gələn
növbədənkənar prezident
seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan Mərkəzi Seçki
Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.
Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun
Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin, qarşılıqlı faydalı
əməkdaşlığın daha da dərinləşdirilməsinin inkişaf perspektivləri və seçkilər
sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qazaxıstanın paytaxtında yerləşən seçki məntəqələrində müşahidə aparacaq və səsvermə günü proseslərini
izləyəcəklər.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və kommunikasiya şöbəsi