Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

27 avqust 2005 16:37


Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi haqqında məsələ müzakirəyə çıxarılmışdır. Bu məsələ ilə bağlı Komissiya sədrinin müavini Svetlana Qasımova və MSK katibi Vidadi Mahmudov məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərarlar çıxarmışdır.

Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərin birinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna, ikisinin Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna, birinin isə Bakı Şəhəri Prokurorluğuna xüsusi qaydada araşdırılması üçün göndərilməsi barədə qərarlar qəbul edilmişdir. Digər müraciətlər ilkin araşdırma aparlması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir. 

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.