Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda prezident seçkilərinin müşahidəsinə qatılıb
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2021-ci il oktyabrın 24-də Özbəkistan Respublikasında
keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin
Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində sədr M.Pənahovun Özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf
perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin
aparılması nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Seçki
Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.
MSK nümayəndələri səsvermə
günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki
məntəqələrində müşahidə aparacaqlar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi