2021-ci il sentyabrın 3-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2021-ci il sentyabrın 3-də Mərkəzi Seçki Komissiyasının iclası
keçirilib. Əvvəlcə Komissiyanın 19 avqust
2021-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra Mərkəzi Seçki Komissiyasının qüvvədə
olan bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə
baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində Mərkəzi
Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun və Seçki Məcəlləsinin tələblərini əsas götürərək müvafiq
dəyişikliklərin qəbul olunmasına qərar verib və bir sıra normativ xarakterli
aktlar son dövrlərdə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.
Kütləvi
informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə
də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi