2020-ci il fevralın 23-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
23 fevral 2020 00:26
Məzahir
Pənahovun sədrliyi ilə fevralın 23-də Mərkəzi
Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar əksər
ərizəçilərin və maraqlı subyektlərin də iştirakı ilə daxil olan müraciətlərə
baxılıb.
Komissiya müxtəlif
mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və
qaynar xəttə daxil olan məlumatların geniş və hərtərəfli araşdırılmasının
nəticəsi olaraq 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 16, 12 saylı
Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29
və 31, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 10, 60 saylı Salyan-Neftçala
seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39, 67 saylı Cəlilabad
şəhər seçki dairəsinin 10 və 29, həmçinin 118 saylı Ağdam şəhər seçki
dairəsinin 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsinin
müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun
olmayan digər hallara görə yuxarıda sözügedən seçki məntəqələri üzrə
səsvermənin nəticələrinin ləğvinə qərar verib.
Kütləvi informasiya informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi