2020-ci il fevralın 22-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
22 fevral 2020 00:30
Fevralın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda 2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar maraqlı
subyektlərin və ərizəçilərin iştirakı ilə MSK-ya daxil olan müraciətlərə
baxılıb. Tam və hərtərəfli şəkildə araşdırılan müraciətlərlə bağlı təqdim
olunan əlavə görüntülər birbaşa iclasın gedişində də nümayiş etdirilib və aparılan
müzakirələrdən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun qərarlar qəbul edilib.
Sosial şəbəkələrdən və müxtəlif mənbələrdən olan məlumatların araşdırılması və
müraciətlərə baxılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə
imkan verməyən və digər qanunazidd hallar nəzərə alınaraq 11 saylı Qaradağ
seçki dairəsinin 25, 48 saylı Yevlax seçki dairəsinin 6, 82 saylı Ağcabədi
seçki dairəsinin 3 və 83 saylı Ağcabədi – Füzuli seçki dairəsinin 9 saylı seçki
məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi